Rusiya əhaliyə kömək etməyə imkan vermir - BMT

Dünya

Rusiya hərbçiləri Xerson vilayətinin sol sahilinin əhalisinə kömək etməyə imkan vermir.

Bunu BMT Baş katibinin müavini Martin Qriffits deyib.

Qriffits bildirib ki, çərşənbə günü Rusiyanın BMT-dəki səfiri Vasili Nebenzya ilə görüşüb və Rusiya hakimiyyətindən təşkilatın qruplarının işğal olunmuş ərazilərə çıxışını təmin etməyi xahiş edib:

"Söhbət zamanı biz onlara Moskvanın qərar qəbul etməsinə imkan yaratmaq üçün məlumat verdik, ümid edirik ki, müsbət cavab olacaq".