İstanbulda final matçının yaxınlığında yanğın oldu

Dünya

Çempionlar Liqasının final matçının keçirildiyi Türkiyənin İstanbul şəhərindəki "Atatürk" stadionunun yaxınlığında yanğın baş verib.

Xalqxeber.az haberler.com-a istinadən xəbər verir ki, yanğın plastik fabrikin damında baş verib. Tüstü buludları stadiona da çatıb.

Hadisə yerinə çox sayda yanğınsöndürmə briqadası cəlb olunub. Yanğın söndürülüb.