Blinken: “İranın nüvə silahı əldə etməsinə icazə verilməməlidir”
- 6-06-2023, 09:00
- 628
Bu barədə bazar ertəsi ABŞ dövlət katibi Antoni Blinken bildirib.
“Əgər İran diplomatiya yolundan imtina edərsə, o zaman ABŞ Prezidenti Co Baydenin dəfələrlə açıq şəkildə işarə etdiyi kimi, İranın nüvə silahı əldə etməməsi üçün bütün variantlar nəzərdən keçiriləcək”, - dövlət katibi deyib.
O Vaşinqtonda ABŞ yəhudi lobbisinin əsas təşkilatlarından biri olan Amerika İsrail İctimaiyyətlə Əlaqələr Komitəsinin (AIPAC) iclasında çıxış edib.
A. Blinkenin sözlərinə görə, İrana nüvə başlığı əldə etməsinə icazə verilməməlidir.
Mənbə: TASS