CAR-da atışma: 7 ölü
- 4-06-2023, 10:20
- 198
Bu barədə CAR polisi məlumat yayıb.
Umlazi polisinin məlumatına görə, yaşları 20-40 arasında olan doqquz kişi hostelin bir otağında spirtli içki qəbul edərkən naməlum silahlı şəxslər onlara atəş açıb, daha sonra onlar gizləniblər. 7 zərərçəkən yerindəcə keçinib, 2 şəxs isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Polis atışmanın səbəbinin hələlik məlum olmadığını bildirib.
Faktla bağlı araşdırma aparılır.