"Rusiya Baxmutu tam nəzarətə götürüb" - “Vaqner”
- 21-05-2023, 11:00
- 452
Bu barədə “Vaqner” Özəl Hərbi Şirkətinin rəhbəri Yevgeni Priqojin açıqlama verib. Onun sözlərinə görə, Artyomovsk (Baxmut-Ukrayna red.) indi tamamilə “Vaqner”in nəzarəti altındadır.
Ukraynanın müdafiə naziri Anna Malyar isə teleqramda bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin döyüşçüləri ərazidəki bəzi sənaye və infrastruktur obyektlərinə nəzarət edir: "Baxmutda ağır döyüşlər gedir. Vəziyyət kritikdir. Eyni zamanda qoşunlarımız Litak bölgəsində nəzarəti saxlayır", - Malyar qeyd edib.