"Putin cəmi iki nəfərə hörmət edir, onlardan biri Ərdoğandır" - KQB zabiti
- 18-05-2023, 10:16
- 503
Bunu keçmiş KQB və Rusiya Xarici Kəşfiyyat Xidmətinin zabiti Sergey Jirnov yerli KİV-ə müsahibəsində deyib.
Onun sözlərinə görə, Rusiya prezidentinin hörmət etdiyi nadir insanlardan biri də Türkiyə lideri Rəcəb Tayyib Ərdoğandır. Putinin Ərdoğana hörməti 2015-ci ilin noyabrında Türkiyənin Rusiya qırıcısını vurması ilə ən yüksək həddə çatıb.
Keçmiş KQB zabiti əlavə edib ki, Putin Ərdoğandan başqa yalnız Si Cinpinqdən qorxur və ona hörmət edir.