Samsunda 1919 metrlik Türkiyə bayrağı açıldı
- 18-05-2023, 08:34
- 419
Tədbirə Samsun valisi Zülkif Dağlı, Samsun millət vəkili Murat Çan, Samsun Universitetinin rektoru Mahmud Aydın, tələbələr və vətəndaşlar qatılıb.
Şəhərin İlkadım rayonundakı Şərəf Abidəsi qarşısından başlayan yürüş İstiqlal prospektindən keçərək 19 May Bulvarından Cümhuriyyət Meydanınadək davam edib.
Bayraq yürüşü Sahə Tibb Məktəbi və Təlim Mərkəzi Regional Orkestr Komandanlığının musiqi konserti ilə başa çatıb.
Mənbə: Haber Global