Telman İsmayılovun 2 evinə həbs qoyuldu

Dünya

Moskva arbitraj məhkəməsi iş adamı Telman İsmayılovun iki evinə həbs qoyub.

Rusiya KİV-nə istinadən xəbər veririk ki, ümumi sahəsi 292 kvadrat metr olan altı və beş otaqlı evlər Kutuzov prospektində yerləşir.

Həmin daşınmaz əmlaklar Fransada doğulan iş adamının 2005-ci il təvəllülü nəvəsinin adına qeydiyyatda olub.

Qeyd edək ki, Moskva vilayətinin Arbitraj Məhkəməsi bu ilin martında Telman İsmayılovu müflis elan edib. Moskva məhkəməsi onun əmlakının satışa çıxarılması proseduruna start vermişdi.