Türkiyə PKK-nın PUA istehsalçısını MƏHV ETDİ
- 9-05-2023, 13:39
- 474
Zərərsizləşdirilən şəxsin 2018-ci ildə Şırnak şəhər mərkəzinə, 2021-ci ilin əvvəlində isə Diyarbəkir və Batman hava limanına PUA-larla hücumlarını idarə etdiyi qeyd olunub. Onun sözügedən hücumlarda istifadə edilən pilotsuz uçuş aparatlarını dizayn edib istehsal etdiyi müəyyənləşdirilib.
Onun sözügedən hücumlarda istifadə edilən pilotsuz uçan aparatlarını dizayn edib istehsal etdiyi müəyyənləşdirilib.
Ötən illərdə Türkiyənin təhlükəsizlik qüvvələrinə qarşı PUA hücumlarına görə Milli Kəşfiyyat İdarəsi tərəfindən hədəf siyahısına daxil edilib.
Qeyd olunub ki, araşdırmalar zamanı Tekin Okanın PUA istehsalı üçün tez-tez İraq və Suriya arasında hərəkət etdiyi müəyyənləşdirilib. Daha sonra İdarənin agentləri fəaliyyət keçib və aparılan əməliyyat çərçivəsində o, zərərsizləşdirilib.
Mənbə: NTV