Məscidə maşın sürən erməni: - "Müsəlmanlara nifrət edirəm!"
- 30-06-2017, 12:34
- 90 407
Bu sözləri deyəndən sonra Renault Clio markalı avtomobilini məsciddən çıxan müsəlmanların üzərinə sürən erməni indi polis idarəsində ifadə verir.
Olay Parisdən 11 km cənubdakı Kretey şəhərində yaşanıb.
İnsident nəticəsində kimsə xəsarət almayıb.
Polisdən verilən məlumata görə, buna səbəb məscidin qarşısında yerə basdırılmış sədlər olub.
Maşından düşüb qaçmağa çalışan şəxsi 10 dəqiqə sonra polis tutub.
Parisdə 2015-ci ilin noyabrında 130 nəfərin həlak olduğu terror aktları törədiləndən bəri Fransa paytaxtı ən yüksək səviyyəli terror təhlükəsi vəziyyətindədir.