SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » "Sülh müqaviləsinin mətni ilə bağlı razılığa gələ bilməmişik" - Paşinyan

"Sülh müqaviləsinin mətni ilə bağlı razılığa gələ bilməmişik" - Paşinyan

Tarix:

5-05-2023, 17:59

/ 1 040 dəfə oxundu.
"Sülh müqaviləsinin mətni ilə bağlı razılığa gələ bilməmişik" - Paşinyan

Azərbaycanla əsas fikir ayrılıqları Dağlıq Qarabağa aiddir.

Bunu Ermənistanın baş naziri Paşinyan Praqada "Azadlıq" qəzetinə müsahibəsində deyib. 

"Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü tanıması Praqa və Soçidə qeydə alınsa da, biz hələ də sülh müqaviləsi layihəsinin mətni ilə bağlı razılığa gələ bilməmişik ki, bu da bizə Azərbaycanın 29 800 kvadrat kilometr Ermənistan ərazisini tanımasına əminlik yaradacaq", - deyə Baş nazir qeyd edib. 

Paşinyan vurğulayıb ki, sülh müqaviləsi imzalandıqdan sonra sülhün təmin olunması məsələsi problemi olaraq qalır: "Xüsusilə qoşunların çıxarılması ilə bağlı həm beynəlxalq, həm də yerli mexanizmlər nəzərə alınır. Dağlıq Qarabağ ermənilərinin hüquqlarının həlli ilə bağlı şərhlər var və onlar qorunub saxlanılır. Təbii ki, müəyyən irəliləyişlər var". 

Şərhlər

XƏBƏR LENTİ