"Bu, düşmənçilik hərəkətidir" - Lavrov

Dünya

Rusiya Kremlə pilotsuz təyyarə ilə hücum cəhdinə sözlə deyil, konkret hərəkətlə cavab verəcək.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

"Vaşinqtonun göstərişi olmadan hücum Kiyev tərəfindən həyata keçirilə bilməzdi". - o qeyd edib 

Rusiya XİN rəhbəri dronla Kremlə hücum cəhdini düşmənçilik hərəkəti adlandırıb.