Fransa Bakı və Xankəndi arasında dialoqda maraqlıdır - Nazir

Dünya

Fransa Qarabağ nümayəndələri ilə Azərbaycan rəhbərliyi arasında əhalinin hüquq və təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş danışıqların başlanmasında maraqlıdır.

Bunu Fransanın xarici işlər naziri Ketrin Kolonna “armenpress”ə müsahibəsində bildirib.

“Fransa Qarabağın erməni əhalisinin tarixini, irsini və mədəniyyətini qorumaq şərti ilə orada təhlükəsiz yaşamalarına zəmanət verən istənilən qərarı dəstəkləyəcək”, - Kolonna əlavə edib.