“Taliban” Səudiyyə Ərəbistanına müraciət edib
- 23-04-2023, 12:40
- 729
“Taliban”ın nüfuzlu üzvlərindən olan Zabihullah Mücahid Səudiyyə Ərəbistanını əmin edib ki, diplomatların təhlükəsizliyi tam təmin olunacaq.
“Şübhə yoxdur ki, Əfqanıstan İslam Əmirliyi (“Taliban”ın istifadə etdiyi dövlət adı - red.) Kabildəki diplomatik nümayəndəliklərin təhlükəsizliyini təmin etmək üçün bütün səyləri göstərir. İndiyə qədər diplomatların təhlükəsizliyi təmin edilib. Biz istəyirik ki, heç kim bizim ölkədə qorxu altında olmasın” - hərəkatın nümayəndəsi bildirib.
Mənbə: TOLOnews