"Azərbaycan bayrağının yandırılması vandalizmin və kütləvi məlumatsızlığın təzahürüdür"- Türkiyə

Dünya

 İrəvanda keçirilən beynəlxalq idman yarışında Azərbaycan bayrağının yandırılması vandalizmin və kütləvi məlumatsızlığın təzahürüdür.

Bunu Türkiyə Prezident Aparatı bildirib.

Məlumatda həmçinin bunun qəbuledilməz olduğu qeyd edilib. Bildirilib ki, nifrətin bariz təzahürü olan və inkişaf etməmiş cəmiyyətlərə xas olan bu hadisəni pisləyirik.