G7-dən Rusiyaya qarşı yeni SANKSİYALAR

Dünya

 G7 ölkələri Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək.

Bu barədə "Reuters" agentliyi yazıb.

Bildirilir ki, G7 ölkələri sanksiyalardan yayınmağın qarşısını almaq üçün əlavə tədbirlər görəcək. "Biz sanksiyalardan və digər iqtisadi tədbirlərdən yayınmanın qarşısını almaq və onlara cavab vermək üçün kollektiv və milli səviyyədə intensiv işləyirik”, - deyə ABŞ Maliyyə Nazirliyi bildirib.

Açıqlamada qeyd edilir ki, G7 ölkələri sanksiyaların effektivliyinə nəzarəti davam etdirir və zəruri hallarda onların icrasına nəzarəti gücləndirir.