ABŞ-dan 6 müsəlman ölkəsinə viza şərti
- 29-06-2017, 13:51
- 57 211
xalqxeber.az "American Associated Press" xəbər agentliyinə istinadən xəbər ki, əhalisinin çoxu müsəlman olan Suriya, İran, Somali, Liviya, Sudan və Yəmən vətəndaşları yeni viza müaciətində ABŞ-da yaşayan yaxın qohum və ya qanuni iş yerindən rəsmi sənədi təqdim etməlidirlər.
Qanuna əsasən müraciət edən şəxsin ABŞ-da valideyninin, həyat yoldaşının, övladının, kürəkəni və ya gəlininin olub-olmaması yoxlanılacaq. Qanunda nənə, baba, əmi, xala, bibi, nişanlı və s. kimi ikincidərəcəli qohumların varlığı nəzərə alınmayacağı bildirilib.
Viza almaq istəyən şəxs qohumu olmadığı təqdirdə rəsmi iş yerindən təsdiq sənədi təqdim etməlidir.
Qərarda o da açıqlanıb ki, keçərli viza icazəsinə sahib olanlara yeni qanun tətbiq edilməyəcək.