Ermənistan 4 hərbçisinin öldüyünü AÇIQLADI
- 11-04-2023, 22:05
- 460
Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində törətdiyi təxribat nəticəsində 4 hərbçisini itirib.
Bu barədə Ermənistan Müdafiə Nazirliyi açıqlayıb.
Məlumata görə, daha 6 erməni hərbçi yaralanıb.
Erməni KİV ölü sayının artacağı barədə açıqlamalar verir: "Meyit və yaralıların bir çoxu ərazidən çıxarılmayıb".
Yaralananlar arasında Ermənistan ordusunun xüsusi təyinatlı korpusunun komandiri Armen Gözəlyan da var.