Böyük Britaniyanın baş naziri Baydenlə GÖRÜŞƏCƏK
- 9-04-2023, 14:20
- 431
Xalqxeber.az xəbər verir ki, bu barədə baş nazirin mətbuat xidməti bildirib.
Məlumata əsasən, C.Baydenin səfəri Şimali İrlandiyada illərlə davam edən silahlı qarşıdurmaya son qoyan Belfast sazişinin imzalanmasının 25-ci ildönümünə həsr olunur.
Baş nazir qeyd edib ki, Böyük Britaniya hökuməti Şimali İrlandiyada həyat səviyyəsinin yaxşılaşdırılması üçün çalışmaq və regionun iqtisadi artımına töhfə vermək niyyətindədir.