Lavrov və Çavuşoğlu bu gün Qarabağ məsələsini müzakirə edəcək
- 6-04-2023, 12:00
- 257
Xalqxeber.az xəbər verir ki, Türkiyə tərəfi ilə təmaslarda digər məsələlərlə yanaşı, Qarabağdakı vəziyyətin nizamlanması da müzakirə ediləcək.
Səfər çərçivəsində Ermənistan və Türkiyə arasında münasibətlərin bərpası da daxil olmaqla, Zaqafqaziyada əməkdaşlığın dərinləşdirilməsi məsələlərinin ətraflı şəkildə işlənməsi planlaşdırılır. "3+3" formatında ikinci görüşün mümkünlüyünün də müzakirə olunacağı gözlənilir.