Ekvadorda torpaq sürüşməsi nəticəsində 64 nəfər itkin düşdü

Dünya

 Ekvadorun mərkəzi hissəsindəki Alausidə mart ayının 27-də baş verən torpaq sürüşməsi nəticəsində itkin düşənlərin sayı 64 nəfərə çatıb. 
Bu barədə Ekvador prezienti Gilermo Lasso "Twitter"də açıqlayıb. O, fəlakət zonasına baş çəkib. 

Məlumata görə, hadisə nəticəsində 7 nəfər ölüb, 23 nəfər yaralanıb.

Hazırda axtarış-xilasetmə əməliyyatı fasiləsiz davam etdirilir.