Müharibə Rusiyaya keçir - Strelkov

Dünya

Donbas separatçılarının keçmiş rəhbəri İqor Strelkov-Qirkin Tula yaxınlığındakı kiçik Kiriyevsk rayonunda baş verən PUA hücumunu şərh edib.

Bu barədə Ukrayna mediası məlumat yayıb.

O, müharibə zonasının durmadan genişləndiyinə eyham vurub:

"Bütün görünüşlərə görə, "xüsusi əməliyyat zonası" sistematik şəkildə (və hətta vaxtından əvvəl) genişlənməyə davam edir".