Çavuşoğlu İrana səfər edəcək

Dünya

 
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu yaxın vaxtda İrana səfər edəcək.

Bu barədə, o, iranlı həmkarı Hüseyn Əmir Abdullahiyan ilə birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, Türkiyə İran tərəfi ilə energetika məsələsi daxil olmaqla, iqtisadi əlaqələrin genişlənməsini istəyir.

Bundan əlavə, Mövlud Çavuşoğlu Türkiyədə zəlzələnin fəsadlarının aradan qaldırılmasında göstərdiyi dəstəyə görə İrana təşəkkür edib.