Qırğızıstandan Rusiyaya gedən qatar qəzaya düşdü

Dünya

Qazaxıstanda qatar qəzası baş verib.
 
Xalqxeber.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, Qırğızıstandan Rusiyaya gedərkən bu ölkədən keçən Bişkek-Samara sərnişin qatarı ilə lokomotiv toqquşub.
 
İlkin məlumata görə, ölən və ya xəsarət alan olmayıb. Hadisə ilə bağlı araşdırmaların davam etdirildiyi qeyd olunub.