Kahramanmaraşda yenidən zəlzələ oldu

Dünya

Türkiyənin Kahramanmaraş vilayətində yenidən zəlzələ baş verib.

Bu barədə AFAD məlumat yayıb.

Onikişubat bölgəsində baş verən zəlzələnin 4,5 bal gücündə olduğu bildirilir.

Məlumata görə, zəlzələ yerin 9 kilometr dərinliyində olub.