Almaniya Ukraynaya 6 “Biber” tank körpüquran göndərib

Dünya

Almaniya Ukraynaya 6 “Biber” tank körpüquran və “Zetros” (“Mercedes-Benz Zetros”) ağır yük maşını daxil olmaqla, yeni hərbi avadanlıqlar göndərib.

Bunu Berlinin Kiyevə təhvil verdiyi və ya göndərmək niyyətində olduğu Almaniya hökumətinin açıqladığı yenilənmiş silah siyahısı təsdiqləyir.

Xatırladaq ki, daha əvvəl Almaniya hakimiyyəti Ukraynaya 3 ədəd “Biber” və 20 “Zetros” göndərib.

Qeyd edək ki, Almaniya hökuməti 2022-ci il yanvarın 1-dən 2023-cü il fevralın 20-dək 2,5 milyard avrodan çox məbləğdə hərbi məhsulların ixracı üçün ayrıca icazələr verib.

Mənbə: TASS