Türkiyədə zəlzələlərdən sonra 340-dan çox adam həbs edilib

Dünya

 
Türkiyədə güclü zəlzələlərdən sonra 340-dan çox adam qarət və tikinti qaydalarını pozmaqda ittiham edilərək nəzarətə alınıb.

Türkiyə hüquq-mühafizə orqanları tikinti qaydalarını pozmaqda şübhəli bilinən 564 nəfəri müəyyən edib. Onlardan 160-ı artıq həbs edilib.

Eyni zamanda, 282 nəfər talançılıqda şübhəli bilinir, onlardan 181-i artıq nəzarətə götürülüb. 

Xatırladaq ki, fevralın 6-da Türkiyədə iki güclü zəlzələ baş verib. Daha sonra, fevralın 20-də Suriya və Türkiyə sərhədində 6,3 bal gücündə növbəti təkan baş verib. Türkiyənin cənub-şərqində baş verən zəlzələlər nəticəsində ölənlərin sayı 42 mini keçib.