"Zəlzələ bölgəsində bütün evlər sıfırdan 4 mərtəbəli tikiləcək" - Türkiyə prezidenti

Dünya

 
Konteyner sayını 200 minə qədər artıra biləcəyik.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hatayda keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, zəlzələ bölgəsində bütün yaşayış evləri sıfırdan maksimum 4 mərtəbəli tikiləcək.

Ərdoğan qeyd edib ki, 1 milyon 684 min vətəndaşın yaşayış ehtiyacı ödənilib.