Xilasedicilərimiz Kahramanmaraşdan Hataya YOLA DÜŞDÜ
- 17-02-2023, 10:46
- 276
Qardaş ölkədə qeydə alınmış təbii fəlakətin aradan qaldırılması üçün FHN-in 114 nəfərdən ibarət şəxsi heyəti Hataya gedib.
Eyni zamanda Hatay şəhərinə xilasedicilərlə yanaşı FHN-in xüsusi təlim keçmiş 2 baş iti də aparılıb.
Azərbaycanın xilasediciləri orada axtarış-xilasetmə əməliyyatları həyata keçirəcəklər.
Hazırda FHN-in digər qrupları Kahramanmaraşın müxtəlif ərazilərində axtarış-xilasetmə işlərinı davam etidirir.
Qeyd edək ki, Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın FHN-in hazırda 760 heyəti zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətinə cəlb edilib.
İndiyədək Azərbaycan xilasediciləri Türkiyənin Kahramanmaraş şəhərində dağıntılar altından 53 nəfəri sağ, 741 nəfərin meyitini çıxarıb.