SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Fransa Senatı Tik -Tok-u araşdırmaq üçün xüsusi komissiya yaradacaq

Fransa Senatı Tik -Tok-u araşdırmaq üçün xüsusi komissiya yaradacaq

Tarix:

9-02-2023, 21:44

/ 295 dəfə oxundu.
Fransa Senatı Tik -Tok-u araşdırmaq üçün xüsusi komissiya yaradacaq

 
Fransa Senatı Tik Tok-un ölkədəki fəaliyyətini araşdırmaq üçün xüsusi komissiya yaradacaq.

Bu barədə Fransanın BFMTV telekanalı senator Klod Malureyə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, komissiyanın yaradılması təşəbbüsü fevralın 1-də Senata təqdim edilib və bir gün əvvəl təsdiqlənib.

Komissiya hələ TikTok məzmununun və maksimum istifadə müddətinin bölgəyə görə dəyişib-dəyişmədiyini müəyyən etməyib. Senatorlar həmçinin bu əməliyyat fərqlərinin “xarici TikTok istifadəçilərinə, əlaqəyə və ya xarici ölkələrin təhlükəsizliyinə zərbə vurmaq üçün strategiya kimi xidmət etmək məqsədi daşıyıb-daşımadığını müəyyənləşdirəcəklər. Bundan əlavə, TikTok-un şəxsi məlumatların qorunması ilə bağlı öhdəliklərini pozub- pozmadığını müəyyən etmək lazım gələcək.

Daha əvvəl bildirilmişdi ki, qadınların ər tapması üçün Tik-Tok mükəmməl yerdir. 

Şərhlər

XƏBƏR LENTİ