"Ukraynanın bu əraziləri nəzarətimiz altına keçib" - Şoyqu

Dünya

 
Rus qoşunları hücum hərəkətləri nəticəsində Donetsk və Zaporojye istiqamətlərində Soledar, Kleşçeevka, Podqornoye, Krasnopolye, Blaqodatnoye, Lobkove, Nikolaevka yaşayış məntəqələrini nəzarətə götürüblər. 

Bunu  Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu deyib. 

Şoyqu əlavə edib ki, hazırda Uqledar və Artemovsk bölgələrində hərbi əməliyyatlar gedir.

Bundan əvvəl, fevralın 6-da hücum dəstələrinin könüllülərinin reaktiv yaylım atəşi qurğuları və artilleriya ilə birlikdə Donetsk Xalq Respublikasının (DXR) Nikolaevka kəndini nəzarətə götürdüyü bildirilib.