Türkiyədə avtobus qəzaya uğradı - 8 ölü, 35 yaralı
- 5-02-2023, 16:00
- 441
Türkiyədə avtobus qəzasında 8 nəfər ölüb, 35 nəfər isə yaralanıb.
Xalqxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Diyarbəkirdən Bodruma gedən sərnişin avtobusu Afyonkarahisarın Dinar Haydarlı yaşayış məntəqəsi yaxınlığında aşıb. Qəza nəticəsində 8 sərnişin ölüb, 35 nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.