Türkiyədə avtobusu dərəyə aşdı, 30 nəfər yaralandı
- 4-02-2023, 22:23
- 317
Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Diyarbəkir-Şanlıurfa şosesində hərəkət edən avtobus yolun buz bağlaması səbəbindən idarəetməni itirərək dərəyə aşıb.
Qəza nəticəsində 4-ü ağır olmaqla 30 sərnişin xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və xilasetmə qüvvələri cəlb olunub.