Rusiya Ukraynada daha bir ərazini işğal etdi
- 21-01-2023, 17:28
- 318
Bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Hücum nəticəsində Ukrayna birləşmələri 50-yə qədər ölü və yaralı, həmçinin iki döyüş zirehli maşını, üç pikap və iki D-20 və D-30 haubitsasını itirib", - deyə məlumatda qeyd olunub.
Bundan əlavə, Rusiya Müdafiə Nazirliyi Zaporojye vilayətində Lobkove qəsəbəsinin ələ keçirildiyini açıqlayıb.