Ərdoğan Türkiyədə Prezident seçkilərinin keçiriləcəyi vaxtı açıqladı

Dünya

 
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində prezident seçkilərinin may ayında keçiriləcəyini açıqlayıb.

Türkiyə Prezidenti bu barədə Antalyada keçirilən açılışda danışıb.

“Önümüzdə 5 ay var, 5 ay boyunca dayanmaq yoxdur”, - deyə Ərdoğan bildirib.

Qeyd edək ki, daha öncə Ərdoğan Türkiyədə prezident seçkilərinin mövsüm şərtlərini nəzərə alaraq iyunun 18-i deyil, bir qədər tez keçirilə biləcəyini demişdi.

“TRT haber”