Türkiyədə zirehli maşın aşdı - 12 əsgər yaralandı

Dünya

 
Türkiyənin Iğdır bölgəsinin Qaraqoyunlu rayonunda zirehli hərbi maşın aşıb. 

Təkəri partlayan zirehli texnikanın yol kənarına aşması nəticəsində 12 əsgər yüngül xəsarət alıb.

5-ci Sərhəd Alay Komandanlığının hərbçiləri Iğdır Dövlət Xəstəxanasına aparılıb. 

Qəza ilə bağlı araşdırma aparılır.