Türkiyə sahillərində gəmidə yanğın - Ölən və xəsarət alanlar var

Dünya

 
Türkiyə sahillərində, Qara dənizin Sinop vilayətində yük gəmisində baş verən yanğında 1 nəfər ölüb, 16 nəfər yaralanıb.

Bu barədə NTV telekanalı yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Zərərçəkənlər xəstəxanalara aparılıb. Onlardan 3-nün vəziyyəti ağırdır.

Qeyd edilir ki, gəminin kapitanı itkin düşüb. Onun öldürüldüyü güman edilir.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür.

Hadisənin təfərrüatları araşdırılır.