Tbilisidə “Bank of Georgia”nın filialına silahlı basqın olub
- 14-12-2022, 20:39
- 275
Oğurluq Pekin küçələrindən birində baş verib. Hücum edən şəxs maskalı banka girib. Hadisə şahidlərinin sözlərinə görə, o, silahlı olub. Bundan sonra kişi qaçıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Öz növbəsində, Mtavari Arkhi telekanalı xəbər verir ki, quldur pulu ələ keçirməzdən əvvəl bir neçə nəfəri girov götürüb. Oğurluqdan dəyən mümkün zərərin məbləği açıqlanmır.