İlber Ortaylı koronavirusa yoluxdu

Dünya

Türkiyənin məşhur alimi İlber Ortaylı koronavirusa yoluxub.

Bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Dünən İlber Ortaylının COVID-19 testinin müsbət çıxması səbəbindən Osmaniye proqramının 1 həftə təxirə salındığı açıqlanıb.

Osmaniye Bələdiyyəsinin başçısı Kadir Kara, “Müəllimimiz İlber Ortaylıya təşəkkür edirəm. Fəxri qonağımız kimi gələcəkdi, amma xəstəliyi ilə əlaqədar onun proqramını 1 həftə təxirə salmalı olduq. Dəyərli müəllimimizə Allahdan cansağlığı arzulayıram”, - deyib.