Qazaxıstanda zəlzələ baş verib
- 20-11-2022, 12:00
- 407
Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Seysmoloji eksperimental-metodiki ekspedisiyası məlumat yayıb.
"Zəlzələnin episentri Almatıdan 273 km şimal-şərqdə yerləşib. Yeraltı təkanlar 5,7 maqnitudada olub", - məlumatda deyilir.
Seysmoloqların bildirdiyinə görə, iki-üç bal gücündə (MSK-64 şkalası üzrə) zəlzələ Taldıkorqan şəhərində, Kapal-Arasan kəndində üç bal gücündə hiss olunub. Dağıntı və tələfat barədə məlumat yoxdur.