"Təşkilatın Katibliyi heç bir ölkədən göstəriş ala bilməz" - Lavrov
- 15-11-2022, 18:37
- 337
Sammit çərçivəsində BMT-nin baş katibi Antonio Quterreşlə görüşündə Sergey Lavrov bildirib ki, təşkilatın Katibliyi Ukraynada baş verənlər kontekstində heç bir ölkədən göstəriş ala bilməz.
Rusiya nümayəndə heyətinin rəhbəri Ukrayna prezidenti Volodimir Zelenskinin çıxışını da şərh edib. Rusiyalı nazirin sözlərinə görə, Zelenskinin çıxışı nəzakət qaydalarına və normalarına uyğun gəlmir, Qərb ölkələrinin tələbi ilə təşkil edilib, ABŞ və Avropa İttifaqının diqqəti sammitin real gündəmindən yayındırmaq cəhdlərini nümayiş etdirib.
Qeyd edək ki, noyabrın 15-16-da İndoneziya adasında G20 sammiti keçirilir.