Türkiyənin Sivas şəhərində immiqrantları daşıyan avtobus aşıb, azı 3 nəfər ölüb, 27 nəfər isə yaralanıb. “TRT Haber” xəbər verir ki, hadisə yerinə təcili tibbi yardım maşınları və xilasedicilər cəlb edilib. Qəzanın səbəbləri hələlik məlum deyil. Araşdırma aparılır.