"Putin gəlsə, Ukrayna G20-yə getməyəcək" - Zelenski
- 4-11-2022, 11:24
- 341
Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bildirib.
"Mənim şəxsi mövqeyim və Ukraynanın yanaşması ondan ibarətdir ki, Rusiya Federasiyasının rəhbəri iştirak edərsə, Ukrayna iştirak etməyəcək", - dövlət başçısı deyib.
Eyni zamanda o, noyabrın 15-16-da İndoneziyada keçiriləcək sammitə hazırlaşdığını və artıq həmkarı İndoneziya prezidenti Coko Vidodo ilə gündəliyi və digər təşkilati məsələləri müzakirə etdiyini açıqlayıb: "Bütün hallarda biz artıq dəvət olunmuşuq və onlar bu gün iştirakımızı təsdiqlədilər, görək, sayılı günlər qalıb".