Türkiyə "Tayfun" raketinin uçuş məsafəsini ARTIRIR
- 3-11-2022, 09:02
- 307
Bu barədə “Sabah” qəzeti məlumat yayıb.
“Hazırda 561 kilometr olan “Tayfun” raketinin uçuş məsafəsini artırmağı planlaşdırırıq. Vaxtı gələndə “Cenk” və “Gezgin” kimi raketlərlə bağlı şad xəbərlər verəcəyik”, – deyən Ərdoğan detalları açıqlamayıb.
Yerli media qeyd edir ki, Türkiyə Prezidenti ilk dəfə olaraq eyniadlı ballistik raketin yaradılması ilə bağlı gizli “Cenk” layihəsinin adını açıqlayıb.
“Gezgin” F-16 döyüş təyyarələri və “Akıncı”da təchiz edilməsi planlaşdırılan qanadlı raketdir. Dağıntı radiusu 275 kilometrdir.
Qeyd edək ki, “Tayfun” raketinin sınaqları Türkiyə tərəfindən oktyabr ayında Qara dəniz üzərində həyata keçirilib. Türkiyənin “Roketsan” şirkəti tərəfindən hazırlanan raket 561 km məsafədəki hədəfi 458 saniyəyə vurub.