Ukraynada döyüşən çeçen bölməsi məhv edildi - 23 ölü

Dünya

 
Xerson vilayətində çeçen bölmələrindən birinin artilleriyadan atəşə tutulma nəticəsində 23 döyüşçü həlak olub.

Bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov "Telegram" hesabında məlumat verib.

O qeyd edib ki, daha 58 nəfər xəsarət alıb, onlardan 4-ü ağır yaralanıb.

Kadırovun sözlərinə görə, yaralı əsgərlər üç milyon rubl alacaqlar. Ölənlərin ailələrinə hər birinə 12 milyon pul ayrılacaq və onlar həmçinin müsəlmanların müqəddəs Məkkəsinə həcc ziyarəti təşkil edəcəklər.