Ermənistanın Təbrizdə konsulluq açması xəbərinə Cənubdan REAKSİYA

Dünya

Təbrizdə Ermənistanın konsulluğu açılsa, bir həftə keçməmiş ona od vuracağıq.

Bunu Təbrizdə hakim rejim əleyhinə qalxan etirazçılar bildirib.

Onlar əksəriyyəti türklərdən ibarət olan topluluğun içərisində erməni qurumunun yaradılmasının mümkünsüzlüyünü deyiblər. 

Qeyd edək ki, bir qədər öncə Ermənistan İranda konsulluq açmaq niyyətini açıqlamışdı. İran XİN də öz növbəsində Ermənistanın Cənubi Azərbaycanda - Təbriz şəhərində konsulluq açmasına razılıq vermişdi.