ABŞ-da atışma olub, ölənlər var

Dünya

 
ABŞ-ın Pensilvaniya ştatının Pittsburq şəhərində baş verən atışma nəticəsində azı 3 nəfər ölüb, daha 1 nəfər yaralanıb.

Bu barədə bazar günü yerli polis bölməsi tviterdə məlumat yayıb.

Polisin məlumatına görə, iki qadın və bir kişinin öldüyü təsdiqlənib. Daha bir nəfər xəstəxanaya aparılıb.

Polis hadisə ilə bağlı araşdırmanın davam etdiyini bildirib