Fransada 2000-ə qədər Ukrayna əsgəri təlim keçəcək
- 16-10-2022, 13:00
- 450
Fransada 2000-ə qədər ukraynalı əsgər təlim keçəcək.
Xalqxeber.az “Rosbalt”a istinadən xəbər verir ki, bunu Sebastyan Lekornu deyib.
Onun sözlərinə görə, Fransa prezidenti Emmanuel Makron 2 minə qədər ukraynalı əsgərin qəbuluna imkan yaradan təlim planını təsdiqləyib.
Lekornu qeyd edib ki, təlimin üç səviyyəsi var: ümumi hazırlıq, xüsusi bacarıqların öyrədilməsi və təqdim olunan texnikanın istifadəsinə həsr olunmuş təlim.
Bildirilir ki, təlim keçən hərbçilər müharibədə iştirak edəcək.