BMT-nin Baş katibi Türkiyəyə başsağlığı VERDİ

Dünya

 
Birləşmiş Millətlər Təşkilatı (BMT) Bartındakı mədən qəzasında həyatını itirənlərlə bağlı Türkiyəyə başsağlığı verib.

Xalqxeber.az CNN Türk-ə istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterres Amasrada baş verən qəza ilə bağlı dərin hüznünü ifadə edib.
Baş katibin sözçüsü Stefan Dujarrik bildirib ki, Quterres həlak olanların ailələrinə başsağlığı verir:

“Baş katib Türkiyə Respublikası hökumətinə və xalqına başsağlığı verir, yaralılara şəfa diləyir."