Qəzada ölənlər filial müdirləri olub
- 16-10-2022, 10:40
- 471
Xalqxeber.az APA-ya istinadən xəbər verir ki, həlak olan piyadalar Mingəçevir Şəhər Mərkəzi Kitabxanasının filial müdirləri olub.
Bunlar 1963-cü il təvəllüdlü Şamaxı Məmmədova və 1966-cı il təvəllüdlü Xədicə Sultanovadır.
Ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilən piyadaların həyatını xilas etmək mümkün olmayıb.